Mədəniyyət

  • 3 660

Azərbaycanlı rəssam ustad dərsləri keçirəcək

image

Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamov fevralın 13-dən 15-dək Tolyatti şəhərindəki emalatxanasında ustad dərsləri keçəcək. SİA-nın məlumatına görə, bu barədə məlumatı rəssam “Facebook” səhifəsində xəbər verib. Ustad dərsi iştirakçılara yaradıcılıq prosesində texniki çətinliyi və psixoloji sərhədi dəf etməkdə faydalı ola bilər.Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. O, 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamları Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

sia.az

Digər xəbərlər