Mədəniyyət

  • 3 444

Elza İbrahimovanın xatirəsi anılacaq

image

Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Muzeydən SİA-ya bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.Tədbirdə incəsənət ustaları bəstəkarın mahnılarını ifa edəcəklər.

sia.az

Digər xəbərlər