Mədəniyyət

  • 2 959

Berlin Beynəlxalq Film Festivalı keçiriləcək

image

Fevralın 15-dən 25-dək Almaniyada 68-ci dəfə dünyanın ən nüfuzlu Berlin Beynəlxalq Film Festivalı keçiriləcək.SİA-nın məlumatına görə, azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova fevralın 17-dən başlayaraq festival çərçivəsində Almaniyada baş tutacaq “Berlinale Talents” beynəlxalq kino təhsili proqramına qəbul olunub. O, “Cinemazadeh” kinoşirkətinin dəstəyi ilə təhsil proqramının “Kino bazarı” kurslarında filmlərin peşəkar satışı və yayımı sahəsində təhsil alacaq 10 mütəxəssisdən biridir. Həmyerlimiz bu kurslarda intensiv təhsil üçün 133 ölkədən təqdim edilən 3100 ərizəçi arasından seçilib. Qeyd edək ki, kurslar bu sahə üzrə dünyanın ən qabaqcıl kino mütəxəssisləri tərəfindən aparılır.Səmayə Əsgərova, həmçinin təmsil etdiyi ölkə üzrə film satışı və yayımı mövzusunda çıxış edəcək 3 iştirakçıdan biridir. Festival çərçivəsində keçirilən Avropa Film Marketində iştirak edəcək.

sia.az

Digər xəbərlər