Mədəniyyət

  • 4 661

Bədii qiraət müsabiqəsinin birinci turu başa çatıb

image

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı paytaxtdakı 16 nömrəli məktəbdə dahi şair İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar məktəblilər arasında təşkil etdiyi bədii qiraət müsabiqəsinin birinci turuna yekun vurub. İdarədən SİA-ya bildirilib ki, əvvəlcə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığı haqqında şagirdlərə məlumat verilib.Bildirilib ki, Nəsimi Azərbaycan ədəbiyyatı tarixində anadilli şeirin əsasını qoyan məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkardır. Nəsiminin yaradıcılığı Azərbaycan şeirinin və ədəbi dilinin inkişafında vacib mərhələ təşkil edir. Onun yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan dilinin tarixi inkişafını öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir.Vurğulanıb ki, yeniyetmələrin və məktəblilərin müsabiqəyə cəlb edilməsi şairin yaradıcılığına marağın artırılması məqsədi güdür.Müsabiqənin birinci mərhələsində şagirdlər şairin əsərlərini səsləndiriblər.Münsiflər heyəti şagirdlərin ifasını 10 ballıq sistemlə qiymətləndirib. Müsabiqədə qaliblər növbəti tura vəsiqə qazanıblar.

sia.az

Digər xəbərlər