Mədəniyyət

  • 5 344

Milli seminar işini davam etdirir

image

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən milli seminar bu gün işini davam etdirib. "Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzvolma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək" mövzusunda təşkil olunan seminarın bugünkü iclasına biznes subyektləri cəlb edilib.Xatırladaq ki, məqsəd seminar iştirakçılarını Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə məlumatlandırmaqdır.SİA-nın məlumatına görə, iclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib, ötən ilin dekabrında ölkənin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində qeyri-formal müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırıb. Sistemin faydaları barədə danışan Komitə sədrinin müavini bildirib ki, tam üzvlük statusu əldə olunduqdan sonra Avropa ilə ticarət zamanı sərhədkeçmə prosesi asanlaşacaq və yüklərin daşınmasına sərf olunan müddət azalacaq.Tədbirdə ekspert qismində iştirak edən Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak Azərbaycana səfərindən və Dövlət Gömrük Komitəsilə önəmli bir layihə çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduğunu bildirib. Marian Çodak seminar zamanı nümayiş etdiriləcək təqdimatlar, sistemin əhəmiyyəti barədə də məlumat verib.Seminarda Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak və Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna tərəfindən iştirakçılara əsas tranzit prosedurları - coğrafi əhatə dairəsi, tranzit gömrük prosedurunun məqsədləri, tranzit proseduru zamanı sadələşdirmələr, tranzit prosedurunun həyata keçirilməsi, NCTS-də elektron prosedurlar və digər mövzular barədə bilgi veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.Seminar bu gün başa çatacaq.

sia.az

Digər xəbərlər