Mədəniyyət

  • 4 815

“Nəsimi poeziyası”

image

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 saylı filialında (M.Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanası) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təşkil edilən uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin Bakı şəhər MKS üzrə seçim mərhələsi başa çatıb.İdarədən SİA-ya bildirilib ki, məktəblilərin ifasında Nəsiminin doğma dilimizdə qələmə aldığı şeirləri səslənib. Şeirlərdə ifadə olunan humanist ideyalar, xeyrə, ədalətə və kamilliyə çağırış motivləri məktəblilər tərəfindən qabarıq şəkildə diqqətə çatdırılıb.Çıxışlar münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib və qaliblər müəyyən olunub.Münsiflər heyətinin yekdil qərarı ilə Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Sadiq Nəbili və Nizami rayonu 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İbrahim Əhmədov müsabiqənin qalibi seçiliblər.Qaliblər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayda yekunlaşacaq müsabiqənin yekun mərhələsinə vəsiqə qazanıblar.

sia.az

Digər xəbərlər