Mədəniyyət

  • 4 429

Formula 1-ə görə Bakını ziyarət edən turistlərin sayı 31 faiz artıb

image

Aprelin 29-da başa çatan Formula 1 Azərbaycan Qran Prisinə baxmağa 94 min azarkeş gəlib.Bu barədə Formula 1-in mətbuat xidmətindən məlumat verilib.

Belə olan halda Qran Priyə görə Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb.
Xatırladaq ki, keçən il Bakıda keçirilmiş Formula 1 yarışına 71 451 tamaşaçı gəlmişdi.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Lyuis Hemilton olub.

yap.org.az

Digər xəbərlər