Mədəniyyət

  • 8 111

Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş fotosərgi açılıb

image

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Respublika İncəsənət Gimnaziyasında Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş fotosərgi açılıb. SİA-nın məlumatına görə, öncə qonaqlara Ümummilli Liderin keçdiyi həyat yolu haqqında məlumat verilib.Qeyd edilib ki, bugünkü müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev öz xidmətləri ilə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlarda yaşayacaq. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.Sonra iştirakçılar Ulu Öndərə həsr olunmuş “Mədəniyyətimizin keşiyində” adlı səyyar fotosərgi ilə tanış olublar. 20-dən çox fotonun nümayiş edildiyi sərgidə Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar yer alıb.Tədbir İncəsənət Gimnaziyasının şagirdlərinin Ulu Öndərə həsr etdiyi konsert proqramı ilə davam edib.

sia.az

Digər xəbərlər