Mədəniyyət

  • 4 456

Filarmoniyada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsert keçirilib

image

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və dirijor Ağaverdi Paşayev) və Dövlət Gənclər Simfonik Orkestri (bədii rəhbər və dirijor Teymur Göyçayev) çıxış ediblər.Konsert Üzeyir Hacıbəylinin “1 nömrəli Fantaziya” əsərinin ifası ilə başlanıb.Sonra birinci sinif şagirdi, respublika müsabiqəsi laureatı Səməndər Hacızadə tarda Süleyman Ələsgərovun “Süita” əsərini ifa edib.Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

sia.az

Digər xəbərlər