Mədəniyyət

  • 4 029

Xalça Muzeyi uşaqları bir araya toplayıb

image

Bu gün Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Muzey ənənəvi olaraq bu il də Bakıdakı bir sıra məktəblərin şagirdlərini bir araya toplayıb. SİA-nın məlumatına görə, “Bir günəşin altında” adlı bayram tədbiri “Uşaqların uşaqlara yadımı” devizi altında keçirilir.Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəhbəri Azər Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. O, uşaqları bayram münasibətilə təbrik edərək, onların sağlam ruhda böyümələri üçün ölkəmizdə görülən işlərdən danışıb.Bildirib ki, günün sonunadək davam edəcək tədbir çərçivəsində məktəblilərin əl işlərin nümayiş olunur, fiziki məhdudiyyətli uşaqlara dəstək məqsədilə müxtəlif aksiyalar keçirilir. Habelə muzeyin uşaq şöbəsinin üzvlərinin əl işləri də təqdim edilir. Bayram tədbirində “Sən istedadsan” layihəsinin iştirakçıları Aydan İlxaszadə, Yıldırım Dəniz, Cavidan Qənizadə, Ferraz Delila və başqalarının çıxışları, şən klounlar və nağıl qəhrəmanları ilə viktorinalar da nəzərdə tutulur.Tədbir çərçivəsində məktəblilər öz naxışları ilə xalçalarını yaradacaqlar. Ən yaxşı əl işi münsiflər tərəfindən qiymətləndiriləcək.

sia.az

Digər xəbərlər