Bülbül adına uşaq incəsənət məktəbinin şagirdlərinin uğuru

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə uğurla iştirak ediblər. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, məktəbin şagirdləri Mahaçqala şəhərində keçirilən “Bu mahnı sənin və mənimdir” (Eta pesnya tvoya i moya) adlı Gənc İstedadların IV Beynəlxalq Festivalında iştirak ediblər. Fortepiano ixtisası üzrə VII sinif şagirdi Nərmin Hüseynli festivalın ikinci dərəcəli laureatı adına layiq görülüb.Qeyd edək ki, bu məktəbin xanəndə ixtisası üzrə beşinci sinif şagirdi Nərmin Mirzəyeva Bakıda ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə keçirilən üçüncü respublika müsabiqəsində II yeri tutub. Simli, nəfəs və zərb alətləri üzrə gənc ifaçıların Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində məktəbin klarnet ixtisası üzrə birinci sinif şagirdi Hüseyn Rzayev üçüncü dərəcəli diplomla təltif edilib.

sia.az