Mədəniyyət

  • 5 661

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində

image

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Gürcü nəsri antologiyası” kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, müasir gürcü ədəbiyyatının ümumi mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitaba Mixeil Cavaxişvili, Cabua Amirecibi, Tamaz Çiladze, Revaz İnanişvili, Nuqzar Şataidze, Maka Coxadze, Şota İataşvili, İrakli Cavaxadze, Marina Soskolauri kimi, otuzdan çox tanınmış gürcü ədibinin əsərləri toplanıb.Əsərləri gürcü dilindən tanınmış Azərbaycan yazıçıları Nəriman Əbdülrəhmanlı və Etimad Başkeçid çevirib.

sia.az

Digər xəbərlər