Mədəniyyət

  • 10 795

Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanı Türkiyədə nəşr olunub

image

Əməkdar incəsənət xadimi, yazıçı, şair, dramaturq, publisist, tərcüməçi Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi tanınır. SİA-nın məlumatına görə, ədəbi yaradıcılığa şeirlə başlayan M.S.Ordubadi xalqı maarifləndirmək, nadanlığa, xürafata qarşı mübarizə aparmaq, Azərbaycan dilinin saflığını və təmizliyini qorumaq kimi müqəddəs yolun davamçısı olub. 1905-1920-ci illərdə İranda və Azərbaycanda baş verən bir çox tarixi hadisələrin canlı şahidi və iştirakçısı olması ədibə bu hadisələri illər keçdikdən sonra bədii əsərlərində əks etdirmək imkanı yaradıb. Onun tarixə olan marağı “Gizli Bakı”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər” və “Qılınc və qələm” kimi romanlarında önə çıxıb.Yazıçının geniş oxucu kütləsi tərəfindən bəyənilən "Qılınc və qələm" romanında böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycan ədəbi mühiti hərtərəfli əks olunub, Nizami Gəncəvi ilə yanaşı, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi kimi sənətkarların bədii surətləri yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmanın – Nizami və Fəxrəddinin dialoqlarına geniş yer verilib.Məmməd Səid Ordubadinin bu qiymətli əsəri – “Qılınc və Qələm” romanı Mədəniyyət Nazirliyinin dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində cari ilin iyun ayında 2 cilddə çap edilərək, Nizami Gəncəvi və onun yaşadığı dövrü öyrənmək üçün Türkiyəli oxucuların ixtiyarına verilib.Qeyd edək ki, bu günə qədər layihə üzrə 10 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq, Türkiyəli kitabsevərlərə təqdim edilib.

sia.az

Digər xəbərlər