Mədəniyyət

  • 3 503

“Bohema” Dinara Əliyevanın iştirakı ilə Böyük Teatrda

image

Noyabrın 30-da Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq Artisti Dinara Əliyeva səsləndirəcək.Xatırladaq ki, həmvətənimiz “Bohema” operasında Myuzetta obrazını da məharətlə yaradıb.2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. Moskvada Dinara Əliyevanın iki dəfə “Opera Art” Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

sia.az

Digər xəbərlər