Mədəniyyət

  • 4 462

Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək

image

“Art Tower” rəsm qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək. Festival Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq. Bu barədə SİA-ya “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.Onun sözlərinə görə, festivalda batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməkdir. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır.İştirakçılar əsərlərinin fotosunu [email protected] elektron ünvana göndərə bilərlər. Hər iştirakçı beş əsərinin fotosunu göndərə bilər. Fotolar kiçik ölçüdə olmalıdır. Festivala son müraciət tarixi sentyabrın 30-da başa çatır.

sia.az

Digər xəbərlər