Mədəniyyət

  • 4 059

Qəbələdə silsilə konsertlər keçirilib

image

Azərbaycan Milli Konservatoriyası (AMK), Heydər Əliyev Konqres Mərkəzi və “Qafqaz” otellər şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələdə silsilə konsertlər keçirilib. Konservatoriyadan SİA-ya bildirilib ki, konsertin ilk günü Əməkdar artist Təyyar Bayramov çıxış edib. Onu Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət ediblər. Konsertdə xanəndənin tələbələrinin ifaları da maraqla qarşılanıb. Növbəti gün Xalq artisti Mənsum İbrahimovun solo konserti olub. Onu Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Vəfadar Ramizzadə (zərb alətləri), Habil İsmayılov (fortepiano) müşayiət ediblər. Konsertin üçüncü günü isə Xalq artisti Azər Zeynalov çıxış edib. Onu konsertin bədii rəhbəri, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Eldar Məmmədov, Rəşad İbrahimov (tar) və Təbriz Yusubov (kamança) müşayiət ediblər. Konsertdə Azərbaycan musiqisi ilə yanaşı, xarici ölkə bəstəkarlarının əsərləri də səsləndirilib.Xatırladaq ki, sözügedən tədbir AMK və “Qafqaz” otellər şəbəkəsinin Qəbələdə birgə reallaşdırdığı ikinci konsert layihəsidir.

sia.az

Digər xəbərlər