Mədəniyyət

  • 4 774

Azərbaycan səfirliklər festivalında təmsil olunub

image

Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 70-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb. SİA-nın məlumatına görə, müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də təmsil olunub. Azərbaycan pavilyonunda milli mətbəxin ən ləziz təamları və içkiləri təqdim edilib, ziyarətçilərə ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumat verilib, broşürlər paylanıb.Festivala 35 minə yaxın insan gəlib. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını dilə gətiriblər.

sia.az.

Digər xəbərlər