Mədəniyyət

  • 4 192

“YARAT talks” layihəsinin yenilənmiş formatı təqdim ediləcək

image

Sentyabrın 13-də “YARAT” Müasir İncəsənət Məkanı “YARAT talks” layihəsinin yenilənmiş formatını təqdim edəcək. “YARAT”dan SİA-ya bildirilib ki, layihənin əsas məqsədi yaşından, peşəsindən və təhsilindən asılı olmayaraq müxtəlif insanları birləşdirən incəsənət haqqında fikirlər platforması yaratmaqdır. Bu görüşlər, həmçinin hər hansı xarici dilin danışıq bacarıqlarının inkişafına yönəlib. Hər tədbir müxtəlif tədris mərkəzləri ilə birgə keçiriləcək.Bu silsilənin ilk görüşü Dərs Evi Tədris Mərkəzi ilə olacaq. İştirakçılar tədbir zamanı “YARAT”da nümayiş olunan Şilpa Quptanın “Mən bu lisanə sığmazam” sərgisi ilə tanışlıqdan sonra “Ruh ilə cahan mənəm, aləmlə zaman mənəm” adlı mövzunu ingilis dilində araşdıracaqlar.

sia.az

Digər xəbərlər