Mədəniyyət

  • 5 261

Milli Kitabxanada “Beynəlxalq Sülh günü”nə həsr edilmiş tədbir keçirilib

image

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “21 sentyabr – Beynəlxalq Sülh günü” adlı geniş kitab sərgisi açılıb. SİA-ya Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sərgini Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən danışıb, hər il bu günün ölkəmizdə geniş qeyd olduğunu bildirib.“Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb.” – deyə Ə.İsmayılova qeyd edib.Sonda tədbir iştirakçıları Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablardan, dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış olublar.Həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Beynəlxalq Sülh günü münasibətilə tədbir keçirilib. Tədbirdə 7 və 8 saylı məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər arasında mövzu ilə bağlı şeir və rəsm müsabiqələri keçirilib. Qaliblərə Açıq Kitabxananın fondundan kitablar hədiyyə edilib.

sia.az

Digər xəbərlər