Mədəniyyət

  • 4 471

Qubada Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

image

Quba rayon MKS-nin Qırmızı qəsəbə Kitabxanasında Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “Ömür yollarında” mövzusunda tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbrə görə, tədbirin təşkilatçıları kitabxananın filial müdiri Leyla Məmmədova çıxışında “Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə başlayıb. "Yanın işıqlarım”, “Vətən torpağı”, “Necə unudum səni? adlı şeirlərin, “Məndə insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” fəlsəfi-psixoloji səpkidə yazılmış poemaların müəllifidir. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, 1 medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabddin Tağıyev adına 8 milli mükafatın laureatıdır. Onun adına “Məmməd Araz” mükafatı təsis olunub"– deyə qeyd edib.Sonra söz tədbir iştirakçılarına verilib.Tədbirdə iştirak edən 2 saylı məktəbin müəllimləri şairin həyat və yaradıcılığı, onun şeirlərində Azərbaycan təbiətinin gözəlliklərinin canlandırılmasından bəhs ediblər. Sonda 2 saylı məktəbin şagirdləri ədəbi, bədii kompozisiya ilə çıxış ediblər.

sia.az

Digər xəbərlər