Mədəniyyət

  • 5 091

Gədəbəydə Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd olunub

image

9 oktyabr 2018-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Gədəbəy rayon İcra Hakimiyyətinin, Gədəbəy rayon Təhsil şöbəsinin, Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, Ümummilli Lider Heydər Əliyevin abidəsinin qarşısına gülqoyma mərasimi ilə başlanan dəyirmi masada Gədəbəy rayon İcra Hakimiyyətinin basçısı, rayonun digər idarələrinin məsul əməkdaşları, Gədəbəy ziyalıları və rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak edib.Dəyirmi masanı Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mustafayev açaraq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından, onun müəllimlik fəaliyyətindən danışıb. İcra Başçısı rayonun sosial inkişafında mədəni həyatın zənginləşdirilməsinin vacibliyini vurğulayıb.Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev M.Paşayevin həyat və yaradıcılığını xatırladaraq vurğulayıb ki, dəyirmi masanın məhz Gədəbəy rayonunda keçirilməsinin səbəbi alimin burada məktəb direktoru vəzifəsində fəaliyyət göstərməsidir. Qeyd edib ki, Azərbaycan höküməti hər zaman bütün ziyalılara xüsusi diqqət ayırıb.Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayev Mərkəzin gördüyü işlər haqqında ümumi məlumat verib.Gədəbəy rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev M.Paşayevin təhsildəki rolunun və rayonda çalışdığı müddətdə böyük zəhmətinin unudulmayacağını bildirərək, onun ilk əsəri olan “Maarif yolunda” kitabından bəhs edib.Elmi-Metodiki Mərkəzin şöbə müdiri Nurəddin Babazadə öz düşüncələrini paylaşaraq, M.Paşayevin maarifçilik fəaliyyətindən, onun yol göstərən bir insan olduğundan söz açıb.Azərbaycan Dövlət Pedoqoji Universitetin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, filologiya elmləri doktoru Yaqub Babayev alimin fəaliyyətindən geniş məlumat verərək, Mir Cəlal müəllimin milli düşüncəyə malik insan olduğunu bildirib. Onun bütün əsərlərinin ruhunun Gəncə və Gəncəbasara aid olduğunu qeyd edib.Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev də M.Paşayevin yaradıcılığında milli özünüdərk məsələlərinə toxunaraq onun adının yaddaşımızdan silinməyəcəyini vurğulayıb.Daha sonra iştirakçılar 1 saylı tam orta məktəbdə yerləşən M.Paşayevin muzeyini ziyarət edib və həmin məktəbdə şagirdlər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş Açıq dərs təşkil olunub, ardınca məktəblilər arasında viktorina keçirilib. Qaliblər mükafatlandırılıb.

sia.az

Digər xəbərlər