Mədəniyyət

  • 4 604

Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək

image

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim ediləcək. Saraydan SİA bildirilib ki, konsertdə Xalq artistləri Brilliant Dadaşova, Samir Cəfərov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, Zakir Əliyev, İnara Babayeva, Ehtiram Hüseynov, Afaq Abbasova, Xəyyam Mustafazadə, tanınmış müğənnilər Nadir Qafarzadə, Taleh Yahyayev, Zamiq Hüseynov, Fərid Əliyev, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Aytən Məhərrəmova, Aqil Rzayev, Kamilə Nəbiyeva, Nisbət Sədrayeva, Nigar Şabanova, Emiliya Yaqubova və başqaları iştirak edəcəklər. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri və “Qaytağı” instrumental ansamblı müşayiət edəcək.Konsertdə Arif Məlikovun unudulmaz və təkrarsız bəstələri “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, Günəş ürəkli” və digər mahnıları səsləndiriləcək.Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

sia.az

Digər xəbərlər