Mədəniyyət

  • 4 333

“Azərbaycanda islam mədəniyyəti tarixindən” adlı seminar keçirilib

image

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda islam mədəniyyəti tarixindən” adlı seminar keçirilib. SİAAMEA Milli Azərbaycan Tarixi Muzeyindən verilən xəbərə görə, seminar muzeyin “İctimaiyyətlə əlaqələr şöbəsi”nin baş mütəxəssisi, YAP Səbail rayonu “Azərbaycan tarixçiləri”ilk ərazi təşkilatı üzvü, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX - XX əsrin əvvəlləri)” (Bakı, 2017, 304 s., elmi redaktor: t.ü.e.d. İradə Bağırova) adlı monoqrafiyasının tanıtımı və təqdimatına həsr edilib.Milli Azərbaycan Tarixi Muzeyi və YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə muzeyin əməkdaşları, Azərbaycan Dillər Universitetinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər.Qonaqları salamlayan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq milli-mədəni maarifçilik, multikulturalizm və islam həmrəyliyi mövzularında mütəmadi seminarlar təşkil edildiyini bildirərək, qeyd edilən tədbirin maarifçilik məqsədilə təşkil edildiyini diqqətə çatdırıb, “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyanın elmi yeniliyini vurğulanıb.Daha sonra çıxış edən ADU Multikulturalizm Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Afət Musayeva, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dos. Dilavər Əzimli, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları – t.ü.f.d. Tural Şiriyev, Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova Azərbaycanın islam mədəniyyəti tarixində oynadığı rol, islam mədəniyyətinin müasir təhsil prosesində təbliği haqqında məlumat verərək, yeni nəşrin Azərbaycan tarixinin qeyd edilən dövrünün qaranlıq səhifələrinə işıqlandırdığını bildiriblər.T.ü.f.d. Əli Fərhadov “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının tanıtımı və təqdimatı mövzusunda çıxış edərək, monoqrafiyanın AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunduğunu diqqətə çatdırıb.Monoqrafiyada Çar Rusiyası dövründə Azərbaycanda ruhanilik, uyğun dövrün mütərəqqi din xadimlərinin, Azərbaycan ziyalılarının fəaliyyət və yaradıcılığı, İslam maarifçiliyi araşdırılmışdır. Mövzu müvafiq dövrün mətbuat qaynaqları ilə yanaşı, Bakı qazisi, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib.“Kəşfül-həqayiq” əsəri t.ü.f.d. Əli Fərhadovun Azərbaycan dilinə sadələşdirməsiylə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2014-cü ildə nəşr edilib.Seminarda İslam həmrəyliyi və maarifçilik sahəsində fəaliyyət göstərən azərbaycanlı ziyalılar və əsərləri haqqında geniş məlumat verilib, belə ziyalıların fəaliyyətinin günümüzün multikulturalizm və islam həmrəyliyi siyasətinə uyğun olduğu bildirilib.Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb və arzu edənlərə t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyası hədiyyə edilib.

sia.az

Digər xəbərlər