Mədəniyyət

  • 4 091

“Xəzər”in yeni nömrəsi işıq üzü görüb

image

Azərbaycan Tərcümə Mərkəzinin müasir dünya ədəbi proseslərini işıqlandıran “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb. SİA-nın məlumatına görə, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Yorqos Seferisin şeirləri, “Yubiley” rubrikasında Afaq Məsudun şairə həsr edilmiş essesi və Vaqif Bayatlı Odərin şeirləri yer alıb.Nəşrin digər rubrikalarında Lao Tszının “Dao de Dzin” əsəri, Karlos Fuentesin “Aura” hekayəsi, akademik Nizami Cəfərovun “Әhdi-Әtiqdən Әhdi-Cədidə” məqaləsi, “Tövrat”dan tərcümə edilmiş birinci hissə, Adonis (Әli Әhməd Səid İbsir), Vilya-Tuliya Huotarinen və Katarina Vuopunenin şeirləri, Simon Vestdeyk və Olqa Tokarçukun hekayələri, Haynrix Böllün “Kişisiz ev” romanının davamı, Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”, Covanino Quareskinin “Don Kamillonun kiçik dünyası” əsərləri oxuculara təqdim edilib.

sia.az

Digər xəbərlər