Mədəniyyət

  • 5 154

“Fantaziya” festivalı çərçivəsində Miroka Paris Bakıda konsert verəcək

image

Noyabrın 1-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “Fantaziya” festivalı çərçivəsində Bakıda ilk dəfə dünyada tanınmış musiqiçi Miroka Parisin konserti keçiriləcək. SİA-nın məlumatına görə, konsertə həsr olunmuş mətbuat konfransında Miroka Paris “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində ilk konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu bildirib. Kape Verde adasında musiqiçi ailəsində doğulan, uşaqlıqdan musiqiyə böyük maraq göstərən Miroka Paris 16-17 yaşında Portuqaliyaya köçdüyünü və burada musiqiçilik fəaliyyətinə başladığını söyləyib.Miroca Paris 11 il “Barefoot Diva” ləqəbli məşhur Sezaria Evoranın zərb musiqiçisi kimi dünyada məşhurlaşıb. Evoranın vəfatında sonra Paris musiqi karyerasını genişləndirərək dünya miqyaslı sənətçilərlə eyni səhnədə ifa etməyə başlayıb. Dərin ritmik biliklərə və təcrübəyə malik Miroca Paris Portuqaliya, Braziliya, Afrika və Kuba musiqilərindən ilhamlanaraq özünəməxsus unikal ritmik üslub yaradıb. “Hazırda Kapo Verdiyalı ifaçılar illər ərzində təkmilləşdirdikləri özünəməxsus ritm və musiqiləri ilə dünyanı fəth edirlər. Siz də ekzotik ritmlərdən qaynaqlanan musiqini dinləmək imkanını qaçırmayın. Konsertdə hər kəs rəqs edə biləcək”, - deyə Miroka Paris bildirib.Onun “D'ALMA” albomu bir il ərzində Portuqaliya, Almaniya, Belçika, Yunanıstan, Hollandiya, Polşa, ABŞ və Rusiya kimi ölkələrin radio stansiyalarında səsləndirilib və rəğbət qazanıb. “Ümid edirəm ki, Azərbaycanda da dinləyici auditoriyasının marağına səbəb ola biləcəyik. Dünyanın bir sıra ölkələrində olmuşam. Təəssüf edirəm ki, Azərbaycana daha əvvəl gəlməmişəm. Bakı böyük şəhərdir, burada olmaqdan məmnunluq duyuram. D'ALMA – ürəkdən deməkdir. “D'ALMA”da hər bir musiqini ürəkdən ifa etmişəm. İstəyirəm ki, İspaniyaya, sonra isə Seneqala yollanıb orada musiqiçilərlə yeni layihələr gerçəkləşdirək. Gələcəkdə belə bir layihəni azərbaycanlı musiqiçilərlə də etmək olar. Bakıdan sonra Kanadaya yollanacağam”, - deyə Miroka Paris əlavə edib.

sia.az

Digər xəbərlər