Mədəniyyət

  • 6 008

Siyəzəndə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş poeziya günü keçirilib

image

3 noyabr 2018-ci il tarixində Siyəzən şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Xaçmaz Regional Mədəniyyət İdarəsi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, "Cabir Novruz" Mədəniyyət fondunun və Müşfiqsevər ziyalılarının birgə təşkilatçılığı ilə Siyəzən şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş möhtəşəm tədbir keçirilmişdir.Tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri Nazim Ağayev açaraq Mikayıl Müşfiqin yaradıcılığı haqqında geniş çıxış etdi. Bədii hissəni aparmaq üçün söz şair, Yazıçılar Birliyinin üzvü, müşfiqsevər Nəcməddin Mürvətova verildi. Siyəzən rayon icra hakimiyyəti aparatının birinci müavini Zəfər Əliyev, müavin Təhminə Bəxtiyarovanın, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təbliğat və informasiya təminatı şöbəsinin M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbovun iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında imzalanmış Sərəncamını əsas tutaraq təşkil olunub.Həmçinin tədbirdə C.Cabbarlı Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov, AMEA-nın şöbə müdiri filologiya elmlər doktoru professor Məmməd Əliyev, şöbə müdiri, filogiya üzrə fəlsəfə doktoru Tahirə Məmməd, bölmə rəhbəri, filogiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, kulturolog, tarix elmlər doktoru, professor Fuad Məmmədov, AMEA-nın Folklor İnstitunun aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Tahir Nəsib, Milli Konservatoriyanın kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şair Vahab İsmayılzadə, Azərbaycan “Zirvə Ziyalılar ” təşkilatının sədri, rəssam Minayə Feyzullayeva, sənətşünaslıq üzrə elmlər doktoru, professorlar Şəfiqə Eyvazova, Abbasqulu Nəcəfzadə, Arif Əsədullayev, müğənni, əməkdar artistlər Rəşad İlyasov, Elza Seyidcahan, əməkdar artist Hüsniyyə Mürvətova, Xalq artisti, tarzən Zamiq Əliyev, digər ictimai və incəsənət xadimləri iştirak etmişlər. Çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatmışlar.Yubiley tədbirinin sonunda “Cabir Novruz” Mədəniyyət Fondu tərəfindən Müşfiq irsinin qorunması və təbliğində göstərilən dəstəyə görə təltifetmə mərasimi təşkil olmuşdur.

sia.az

Digər xəbərlər