Mədəniyyət

  • 5 261

Bakıda II “ZİMA” uşaq estrada mahnıları festivalı keçiriləcək

image

Bakıda II “ZİMA” uşaq estrada mahnıları festivalı keçiriləcək. SİA-nın məlumatına görə, artıq festivalla bağlı hazırlıqlara başlanılıb və yaşı 6-dan 16-dək olan uşaqlar üçün əlavə kastinq elan edilib. Bunun üçün hər hansı bir dildə ən sevimli mahnını oxuyaraq videoya çəkmək və onu (050) 238 08 08 “WhatsApp” nömrəsinə göndərmək lazımdır.Müraciət təsdiqlənəndən sonra təşkilatçılar “ZİMA”nın potensial iştirakçısı ilə əlaqə saxlayacaq və onu canlı dinləmələrə dəvət edəcəklər. Festival gələn ilin fevralın 16-da Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Festival beynəlxalq səviyyədə olacaq və gecədə Azərbaycan pop ulduzlarının çıxışı gözlənilir.“ZİMA” müsabiqə deyil, mahnı festivalı olduğundan qalib elan olunmayacaq, hər iştirakçı festivalın diplomuna layiq görüləcək.Layihə üzərində peşəkar mütəxəssislər qrupu - quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül, musiqi prodüseri Rüstəm Rzayev, vokal müəllimi Ukrayna Əməkdar artisti Rimma Şapovalova çalışır.

sia.az

Digər xəbərlər