Mədəniyyət

  • 5 319

AMİHİ-nin Respublika Komitəsinin III plenumu keçirilib

image

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin üçüncü plenumu keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ötən plenumdan indiyədək komitənin fəaliyyəti və gündəlikdə duran təşkilati məsələlər barədə məlumat verib.Bildirib, bu gün 2018-2022-ci illər üzrə MİHİ-nin fəaliyyətinin Əsas İstiqamətləri Proqram sənədində əksini tapan “Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi, onun şəhər və rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən sosial dialoqun inkişaf etdirilməsi, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiəsi haqqında” məsələlər müzakirə olunacaq.Sosial dialoq və onun sosial ictimai həyatda zəruriliyindən danışan C.Səttarova bunun qarşılıqlı etimada, bərabər hüquqa, tərəflərin bir-birinə olan məsuliyyətinə əsaslanan sosial münasibətlərin xüsusi bir forması olduğunu qeyd edib.Vurğulayıb ki, Azərbaycan Həmkarlar İttifaqları hərəkatının tərkib hissəsi olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının da sosial dialoqun aparılmasında və sosial tərəfdaşlıq prinsiplərinin inkişaf etdirilməsində tarixi köklərə əsaslanan böyük və zəngin təcrübəsi var. Deyib ki, MİHİ-nin Respublika Komitəsi ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyənləşdirib, tənzimləyən Baş Kollektiv Sazişin müddəalarını əsas götürərək əməli fəaliyyətində sosial dialoq məsələlərinə böyük önəm verir.Plenumda MİHİ-nin Goranboy rayon komitəsinin sədri Nizami Abdullayevin, Yevlax rayon komitəsinin sədri Zöhrə Adıgözəlovanın çıxışları dinlənilib.Sonda MİHİ-nin işində xidmətlərinə görə fərqlənən bir qrup şəxs fəxri fərmanlara layiq görülüblər. Həmkarlar İttifaqı işində xidmətlərinə görə və anadan olmasının 55 illiyi münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin Həmkarlar Komitəsinin sədri Azər Əliyev də təltif edilib.

sia.az

Digər xəbərlər