Mədəniyyət

  • 7 239

“Həpsi rəngdir” Səməd Mənsur-140

image

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir 31 yanvar, 2019-cu il tarixində saat 17:00-da Bakı şəhərinin Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində baş tutacaq.Tədbirdə Səməd Mənsurun şeirləri səsləndiriləcək, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediləcək.Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərova “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Türkiyədə çap olunan Nizami Cəfərov “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçiriləcək.

sia.az

Digər xəbərlər