Mədəniyyət

  • 4 088

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı başa çatıb

image

Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirilib. SİA-nın məlumatın agörə, mərasimdə əvvəlcə yanvarın 25-dən start götürən festival barədə məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşan festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. Festival iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə beynəlxalq kino məkanının fəaliyyətini təşviq edir.Qeyd edilib ki, İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festival çərçivəsində hər iki ölkənin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən seçilmiş 15 müasir film bir neçə seans şəklində nümayiş olunub. Festivalda nəzərdə tutulmuş mükafatların sayı 10-dur.Sonra festivalın qalibləri elan olunub. Müxtəlif nominasiyalar üzrə “Nabat”, “Lassolute Presente”, “Tha Bra”, “Çövkən”, “Appenino”, “LOrphelinat”, “Mən də gəlirəm”, “Mousse”, “Qırmızı bağ” və “Nar bağı” filmlərinə diplomlar təqdim edilib.

sia.az

Digər xəbərlər