Mədəniyyət

  • 4 299

“Fransanın dadı” festivalı keçiriləcək

image

Bakıda “Fransanın dadı” beynəlxalq qastronomiya festivalı keçiriləcək. SİA-nın məlumatına görə, beşillik yubileyini qeyd edən “Fransanın dadı” festivalı martın 1-dən 16-dək davam edəcək.Festival ərəfəsində “Institut Français d'Azerbaidjan” komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək.Belə ki, “Landmark”da fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidir. Fransız kinematoqrafını isə fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil. Fevralın 1-də kinoqurmanlara Kristian Vensanın “Prezident üçün aşpaz” kinokomediyası təqdim olunacaq.Fransız dilində nümayiş olunacaq filmlərə giriş pulsuzdur.

sia.az

Digər xəbərlər