Mədəniyyət

  • 6 158

Professor: "Nəsimiyə həsr olunan tədbirlər Türkiyədə maraqla qarşılanacaq" - Açıqlama

image

Azərbsaycan Respublikasının Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi Azərbaycanı xarici ölkələrdə təmsil edən hər bir soydaşımızın, xüsusilə, ziyalılarımızın qarşısında təxirəsalınmaz vəzifələr qoyur. SİA-nın məlumatın agörə, bu fikirləri Qaziantəp Universitetinin professoru İlqar İmamverdiyev deyib. O, qeyd edib ki, Nəsiminin həyat yolu azadlıq uğrunda mübarizə məktəbi kimi dəyərləndirilir: " Böyük mütəfəkkir dünyada tanınan və sevilən bir şairdir. Bununla belə, nəsillər dəyişdiyi üçün Nəsimi şəxsiyyətini və onun yaradıcılığının,xüsusilə,gənclər arasında təbliğinə ehtiyac var. İl ərzində “Nəsimi-650” mövzusunda şairə həsr olunacaq bütün tədbirlər qardaş Türkiyə ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq".Qeyd edək ki, professor İlqar İmamverdiyevin bu yaxınlarda nəşr olunan “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” kitabında İmadəddin Nəsimi şəxsiyyətinə çox geniş yer verilib.

sia.az

Digər xəbərlər