Mədəniyyət

  • 4 823

“Gəncliyin səsi” Qubada - Festival

image

“Gəncliyin səsi” festivalı çərçivəsində növbəti tədbir Quba “ASAN həyat” Kompleksində keçirilib. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir iştirakçıları Kompleksin foyesində gənclərin foto əsərlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Mərkəzin kino zalında gənc rejissorların lentə aldığı “Ayaqqabı əməliyyatı” (Pərviz Həsənov) və) “Usta Yusifin kamançası” (Ruslan Hüseynov filmləri nümayiş olunub.Qeyd edək ki,tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

sia.az

Digər xəbərlər