Mədəniyyət

  • 7 427

“Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” Dəyirmi masa

image

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçiriləcək. SİA-nın məlumatın agörə, tədbirin may ayında keçirilməsi nəzərdə tutulur. “Nəsimi ili” çərçivəsində institutda keçiriləcək “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” adlı dəyirmi masada tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova “Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsimi haqqında yaradılan əsərlər”, tarix üzrə elmlər doktoru Qasım Hacıyev “Nəsiminin Hələb şəhərindəki qəbrini ziyarətlə bağlı xatirələrim”, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov “Nəsimi irsi və müasirlik” adlı məruzələrlə çıxış edəcəklər.Qeyd edək ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın ictimai mədəni həyatında əlamətdar hadisədir. Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılması baxımından böyük rol oynayıb. Həmin dövrdən etibarən İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

sia.az

Digər xəbərlər