Mədəniyyət

  • 4 400

“Ustada sayğı gecəsi” Bəxtiyar Vahabzadəyə həsr olundu Tədbir

image

Bu gün Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutub.Tədbiri giriş sözü ilə Rəşad Məcid açıb və qonaqları salamlayıb. Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı barədə AYB sədri Anar, akademik İsa Həbibbəyli, TİKA Bakı koodinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxış ediblər.Daha sonra söz məruzəçilərə verilib. Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr ediblər.Çıxışlardan sonra iştirakçılara təşəkkürnamələr təqdim olunub.

sia.az

Digər xəbərlər