Mədəniyyət

  • 11 164

Naxçıvanda “Nəsimi həftəsi” - Anım

image

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib. SİA-nın məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunduğunu, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini bildirib. Diqqətə çatdırılıb ki, belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.Qeyd olunub ki, şair və mütəfəkkir İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaradan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Dünya poeziyasının ən kamil nümunələrini yaradan Nəsimi ədəbiyyatımızı poetik çalarlarla zənginləşdirib, ədəbiyyatımızı və dilimizi zirvəyə yüksəldib.Vurğulanıb ki, əqidə yolunda, vahid amal uğrunda mübarizə aparan Nəsiminin yüksək humanizm və dünyəvilik ideallarına söykənən poeziyası dünən olduğu kimi, bu gün də aktual və müasirdir. İnanırıq ki, “Nəsimi həftəsi” çərçivəsində keçiriləcək tədbirlər gənclərimizin Nəsimi irsini öyrənmələri üçün faydalı olacaqdır.Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, fond klassik ədəbiyyatımızın təbliği, mənəvi dəyərlərimizə söykənən filmlərin gənclərə təqdim olunması, tarixi və təbiət abidələrinə ekskursiyaların, əlamətdar günlərlə bağlı tədbirlərin təşkili, milli köklərə bağlı tarixi peşələrin gənclərə aşılanması üçün mütəmadi işlər görülür. Bu gün start verilən “Nəsimi həftəsi” də bu istiqamətdə aparılan tədbirlərin tərkib hissəsidir.Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, Əməkdar elm xadimi Hüseyn Həşimli və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək, ölməz şair Nəsiminin həyat və yaradıcılığı haqqında gənclərə ətraflı məlumat veriblər.Sonra gənclərin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyaları təşkil olunub.Qeyd edək ki, “Nəsimi həftəsi” fevralın 16-dək davam edəcək. Bu müddət ərzində “Nəsimi” filminin nümayişi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi, “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və “Nəsimi həftəsi”nin mükafatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər