Mədəniyyət

  • 5 163

Bakı Fotoqrafiya Evi açılır

image

Bu gün İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olacaq. SİA-nın məlumatına görə, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından olan fotoşəkillərdən ibarət “İçərişəhər” adlı sərgi də nümayiş olunacaq. Sərgi iştirakçılara şəhərlə fotoqraf arasında yarım əsr müddətində cərəyan edən dialoq prosesini izləməyə imkan verəcək. Eyni zamanda, fotolar sənədli şahidə çevrilərək ötüb keçən zamanın təkcə şəhərin landşaftını, işıq və havasını deyil, onun optikasını da dəyişdirdiyini bizə göstərəcək. Rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir fotokolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. İyirmi mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.Fotoqraf-rəssam Sənan Ələsgərov İçərişəhərdə doğulub boya-başa çatıb. O, 40 ildir İçərişəhərin fotoxronikasını lentə alır. Fotoqrafiya Evinin sərgisində də İçərişəhərə məxsus fotoşəkillərdən bir silsilə nümayiş ediləcək.

sia.az

Digər xəbərlər