Mədəniyyət

  • 4 967

“Azərbaycan təamları” Nigeriyada - Nümayiş

image

Nigeriyanın STV kanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan təamları” filminin növbəti buraxılışı yayımlanıb. SİA-nın məlumatına görə, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir. Müəllif verilişdə Azərbaycanın qədim şəhəri olan Şəkinin tarixindən və milli yeməklərindən olan pitinin hazırlanması qaydaları haqqında məlumat verir.Həmçinin pitin içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını və yemək ənənəsini izah edir. Şəkidə olduğu zaman Azərbaycan toyunda iştirak edir və bu adət haqqında məlumat verir.Milli mətbəximizdən bəhs edən silsilə filmlər hər həftənin şənbə günləri ölkənin WAPTV, RAVE TV, TVC kanalları ilə də birbaşa yayımlanır.Qeyd edək ki, Nigeriyanın məşhur “Foodies & Spice” mətbəx verilişinin yaradıcı heyəti Nigeriya Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramovanın dəstəyi ilə ölkəmizdə səfərdə olub. Nigeriyalı qonaqlar on günlük səfər çərçivəsində Bakıda və regionlarda silsilə görüşlər keçiriblər.

sia.az

Digər xəbərlər