Mədəniyyət

  • 5 026

“Gənclərə dəstək” davam edir - LAYİHƏ

image

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert keçirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət edilib. SİA-nın məlumatına görə, konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndirilib.Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Akademik Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim edilir.

sia.az

Digər xəbərlər