Mədəniyyət

  • 7 295

Mustafa Mərdanov üçün “Müfəttiş” - ANIM

image

Sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illiyi ilə bağlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, xatirə mərasimində görkəmli sənətkarın həyat və yaradıcılığından danışılacaq, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə nəzər salınacaq. Tədbirdən sonra Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılacaq.Qeyd edək ki, tamaşa Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək.

sia.az

Digər xəbərlər