Mədəniyyət

  • 5 399

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar konsert təşkil olunub

image

Hindistanın Aqra şəhərindəki Kendriya Hindi Sansthan Universitetində “Nəsimi ili” çərçivəsində konsert proqramı təqdim olunub. Konsert ölkəmizin Hindistandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçılarına Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Sonra universitetdə təhsil alan Azərbaycan və digər türkdilli ölkələrdən olan tələbələr tərəfindən müxtəlif mahnı və rəqslərin yer aldığı konsert proqramı təqdim edilib. Universitetin rektoru Nand Kişor Pandey, ali təhsil ocağının müəllim və tələbə heyətinin izlədiyi konsert maraqla qarşılanıb.

sia.az

Digər xəbərlər