Mədəniyyət

  • 4 733

"Bu, dövlətimizin teatrın inkişafına göstərdiyi diqqətin nümunəsidir" - ÖZƏL

image

“Bu il, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu sahə ilə bağlı bir sıra təkliflər səsləndirilib. Martın 4-də Prezident İlham Əliyevin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən, Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov bildirib.Xalq artisti əlavə edib ki, milli teatrımızın yaranmasının 146-cı ili tamam oldu, bu münasibətlə bütün teatr xadimlərini və ümümilikdə sənət adamlarını təbrik edirəm: " Prezidentin martın 5-də imzaladığı digər Sərəncamla Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib. Bütün bunlar dövlətimizin teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir. Bu istiqamətdə işlər davam etdirilir. Görülən işlər, verilən sərəncam və fərmanlar bir daha ölkəmizə sənət adamlarının hər zaman olduğu kimi, yenə də diqqət və qayğı ilə əhatələndiyinin göstəricisidir”.

sia.az

Digər xəbərlər