Mədəniyyət

  • 4 745

"Zülmətdə nur" - NƏŞR

image

Sumqayıt Dövlət Dram Teatrında şair - dramaturq Nizami Muradoğlunun "Zülmətdə nur" kitabının təqdimat mərasimi keçirilib. Ötən teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrında sözügedən dram əsasında eyniadlı tamaşa hazırlanıb tamaşaçıların ixtiyarına verilib. SİA-nın məlumatına görə, mənzum pyes Azərbaycan tarixinin ağrılı bir səhifəsini özündə əks etdirir. Mütəfəkkir şair, böyük dramaturq, Hüseyn Cavidin və ailəsinin başına gətirilən faciə, zamanın amansız repressiya maşınının törətdiyi qətliamlar mükəmməl şəkildə təsvir olunub. Həmçinin Hüseyn Cavidlə eyni taleyi yaşamış istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin çəkdikləri əziyyətlər də pyesdə yer alıb.Təqdimat zamanı teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək Nizami Muradoğlunun əsərinin tarixi həqiqətləri özündə ehtiva etmək baxımından sosial-siyasi əhəmiyyətini vurğulayıb.Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov bildirib ki, korifey sənətkar, nəhəng dramaturq haqqında pyes yazmaq da, onu tamaşaya hazırlamaq da məsuliyyətli işdir və nə yaxşı ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gələ bilib.Daha sonra kitabın redaktoru Əhməd Qəşəmoğlu, yazıçı- ssenarist, kulturoloq Hafiz İmamnəzərli, professor Allahverdi Məmmədli, jurnalist Kamil Məhərrəmli, Əməkdar artist İlahə Səfərova və başqaları çıxış edərək müəllifi təbrik ediblər, ürək sözlərini söyləyiblər. Çıxışların məğzində bir fikir dayanırdı: milli məfkurəmizin formalaşmasında iz qoymuş istiqlal ruhlu şairlərimizin həyat və fəaliyyətinin müstəqil, qüdrətli Azərbaycanın gənclərinə aşılanması təqdirəlayiq işdir.

sia.az

Digər xəbərlər