Mədəniyyət

  • 5 457

Nəsimiyə həsr olunan 40 lövhə - SƏRGİ

image

Bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əladəqdar olaraq, ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi də “Nəsimi ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir. SİA-nın məlumatına görə, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş (20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla) 40 lövhə təqdim edilib. Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.Bundan əlavə, Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhərində və muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, “Nəsimi” filmindəki səhnələrə aid fotolar və s. təqdim edilib. Sərgi iştirakçıları, həmçinin Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə tanış olublar.

sia.az

Digər xəbərlər