“Uğurun işığında” -TƏQDİMAT

“Libraff” kitab mağazasında Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uğurun işığında” adı kitab təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda MDB ölkələri arasında keçirilən Beynəlxalq Ədəbiyyat müsabiqəsinin qalibləri Ayla Məlikzadə və Sahib Fətiyevin əsərlərinin yer aldığı “Nağıllarla səyahət”, altı şagirdin birgə qələmə aldığı “Qorxulu meşə” və Elgün Eyyubovun dedektiv janrda yazdığı “Gizli şahid” kitabları haqqında ətraflı məlumat verilib.Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qeyd edib ki, uşaq qəlbi çağlayan bulaq suyu kimi saf, təmiz və şəffafdır. Buna görə də qəlbdən süzülən bu yazılarda onların xəyal dünyası, arzu və ümidləri həyata baxışları, sevinci, kədəri və qəzəbi aydındır, canlıdır. Bu baxımdan ilk uğurları ilə sizin görüşünüzə gəlmiş bu yeniyetmə məktəblilər ərsəyə gətirdikləri kitablarla böyük ümidlər vəd edirlər. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov uşaq yazıçılarından Zahid Xəlil, Qəşəm İsabəyli, uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, yazıçı Elxan Elatlı, Səməd Məlikzadə, Elvira Məmmədova və. s qonaqlar iştirak edirdilər.Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin intellektual inkişafında kitabların rolunu qeyd etmək, istedadlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaqdır.

sia.az