Mədəniyyət

  • 4 850

Azərbaycan Cenevrədə keçirilən festivalda təmsil olunub

image

Azərbaycan Cenevrə Universiteti tərəfindən keçirilən “Global Village” festivalında təmsil olunub.İyirmidən çox ölkə və müxtəlif təşkilatların qatıldığı tədbirdə ölkəmizin milli adət-ənənəsi, mədəniyyəti və mətbəxinə dair stend təqdim edilib.

Festival çərçivəsində, həmçinin Cenevrə Universitetində təhsil alan azərbaycanlı tələbələr Çinarə Azayzadə və Fidan Rüstəmzadə tərəfindən milli rəqslərimiz ifa edilib, Azərbaycan stendində iştirakçılara milli yemək və şirniyyatlar təqdim olunub.
Qeyd etmək lazımdır ki, onuncu dəfə təşkil olunan festivalda ölkəmizin ilk dəfə iştirak etməsinə baxmayaraq, stend və təqdimatımız böyük marağa səbəb olub.

yap.org.az

Digər xəbərlər