Mədəniyyət

  • 8 289

Bəstəkar Ramiz Mirişli - 85

image

Aprelin 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 85 illiyi münasibətilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum bəstəkarın yaradıcılıq yolu barədə məlumat verəcək. Qeyd edək ki, ilk dəfə 2010-cu il, mayın 29-da göstərilən və teatrın repertuarında özünəməxsus yeri olan bu səhnə əsəri artıq 53-cü dəfə nümayiş olunacaq.Tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamal, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıbəyov, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, aktyorlar Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev, Eleanora Mehdiyeva və Nigar Qarayeva ifa edəcəklər.

sia.az

Digər xəbərlər