"Bu sənət növü artıq bəşəri sənət kimi qorunur" - ÖZƏL

"Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi oldu. Ötən müddətdə Paris, Strasburq, London və dünyanın müxtəlif ölkələrində UNESCO səviyyəsində keçirilən mərasimlər Azərbaycan aşıq sənətinə verilən yüksək qiymətin, bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmətdir". Bu sözləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı SİA-ya açıqlaçasında deyib: "Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Ölkəmizdə aşıq festivallarının keçirilməsi və dünya miqyasında buraya sənətkarların cəlb olunması Azərbaycan aşıq sənətinin böyük irəliləyişinə səbəb olub. Bu tərəqqi və irəliləyiş nəticəsində yüzlərlə gənc aşıq sənətinə gəlib, ustad aşıqlardan xeyir-dua alıb.

sia.az