Mədəniyyət

  • 7 521

Müsəlman turistlər üçün ən cəlbedici ölkələr

image

Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. “CrescentRating” və “MasterCard”ın birgə tərtib etdiyi illik “Global Muslim Travel Index” (GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub. SİA xəbər verir ki, reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya isə ikinci yerdə qərarlaşmışdı.İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasına Türkiyə (75 bal), Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) daxildir.Ekspertlər turistlərin rahatlığı, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiyaların səviyyəsi meyarlarını araşdırıblar.

sia.az

Digər xəbərlər