Mədəniyyət

  • 6 949

"Kulturologiya və Azərbaycan incəsənəti” SEMİNAR

image

Mayın 23-də Milli İncəsənət Muzeyində “Kulturologiya və Azərbaycan incəsənəti” mövzusunda seminar keçiriləcək. Seminar Azərbaycan Mədəniyyət Assosiasiyası “Simurq” Kulturologiya Mərkəzi və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşacaq.SİA-nın məlumatına görə, seminarda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda yüksəkmədəniyyətli, layiqli insanların inkişafı”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Sevil Kərimova “Azərbaycan incəsənəti: dünən, bu gün və sabah” və “İçərişəhər” Muzey Mərkəzinin direktoru “Azərbaycanın ruhi mədəniyyətinin inkişafında Azərbaycan Milli İncəsənət Muzeyinin rolu” mövzularında çıxışlar edəcəklər.Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Azərbaycanda təsviri incəsənətin inkişafında milli-mədəni irsin qorunması və xarici ölkələrdə təbliği sahəsində, respublikada “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə “Simurq” beynəlxalq medalı təltif olunacaq.

sia.az

Digər xəbərlər